Azərbaycan Respublikasının Nazirlər Kabineti

Q Ə R A R

№ 417

 

Bakı şəhəri, 21 oktyabr 2016-cı il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə  edilmiş)  maliyyə  hesabatlarının təqdim  edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may  tarixli  97 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2010, № 5, maddə 474;  2012, №9, maddə 917; 2016, №5, maddə 960, №8, maddə 1427) ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın “2. İllik maliyyə hesabatlarının tərkibi” hissəsi aşağıdakı redaksiyada verilsin:

“2.1. Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

2.1.1. maliyyə vəziyyəti haqqında hesabat;

2.1.2. mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;

2.1.3. kapitalda  dəyişikliklər haqqında hesabat;

2.1.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

2.1.5. əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.”.

Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında