Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbəndin dördüncü abzasına “Dövlət müşaviri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri” sözləri əlavə edilsin.

2. 2.1.2-ci yarımbənd üzrə:

2.1. onuncu abzasda “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

2.2. on ikinci abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi,” sözləri çıxarılsın;

2.3. on üçüncü abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi” sözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü yarımbənd üzrə:

3.1. altıncı abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

3.2. doqquzuncu abzasa “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri əlavə edilsin;

3.3. onuncu abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi,” sözləri çıxarılsın.

4. 2.1.4-cü yarımbənd üzrə:

4.1. yeddinci abzasın sonuna “məsləhətçi” sözündən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi” sözləri əlavə edilsin;

4.2. onuncu abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

4.3. on dördüncü abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri çıxarılsın;

4.4. on beşinci abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin,” sözləri çıxarılsın;

4.5. on altıncı abzas ləğv edilsin.

5. 2.1.5-ci yarımbəndin ikinci abzası ləğv edilsin.

6. 2.1.6-cı yarımbəndin on ikinci abzasından “Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözləri çıxarılsın.

7. 2.3.1-ci yarımbəndin beşinci və altıncı abzaslarında “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin.

8. 2.3.2-ci yarımbəndin ikinci abzasından “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri, üçüncü abzasından isə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində və” sözləri çıxarılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında