“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

{nl}

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,   № 9, maddə 584; 2003-cü il, № 8, maddə 441; 2005-ci il, № 11, maddə 1009;   2009-cu il, № 6, maddə 419) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

{nl}

“6. İnzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

{nl}

İnzibati vəzifələrin dördüncü-yeddinci təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.

{nl}

Bu bəndin birinci və ikinci abzaslarında müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

{nl}

İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.

{nl}

Bu bəndin ikinci abzasında “müvafiq vəzifə” dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.

{nl}

Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

{nl}

dördüncü-altıncı təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;

{nl}

yeddinci-doqquzuncu təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.

{nl}

Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

{nl}

birinci-üçüncü təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

{nl}

dördüncü-altıncı təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.".

{nl}

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; 2007-ci il, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008-ci il, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009-cu il, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 216 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

{nl}

2.1. 2.1.1-ci və 3.2.1-ci bəndlərin üçüncü abzaslarında “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri,” sözləri əlavə edilsin;

{nl}

2.2. 2.1.2-ci və 3.2.2-ci bəndlər üzrə:

{nl}

2.2.1. üçüncü abzaslarda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  Aparatının rəhbərinin müavini,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbərinin müavini,” sözləri, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri,” sözləri əlavə edilsin;

{nl}

2.2.2. doqquzuncu abzaslar aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri;”;

{nl}

2.3. 2.1.3-cü və 3.2.3-cü bəndlər üzrə:

{nl}

2.3.1. üçüncü abzaslarda “Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini,” sözləri əlavə edilsin;

{nl}

2.3.2. doqquzuncu abzaslar aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini, təminedici şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbərinin müavini, təminedici şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini, təminedici şöbəsinin müdiri;”;

{nl}

2.3.3. on birinci abzaslar çıxarılsın;

{nl}

2.4. 2.1.4-cü və 3.2.4-cü bəndlər üzrə:

{nl}

2.4.1. üçüncü abzaslarda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri və müdir müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi,” sözləri əlavə edilsin;

{nl}

2.4.2. onuncu abzaslar aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini;”;

{nl}

2.4.3. 2.1.4-cü bəndin on ikinci abzasından və 3.2.4-cü bəndin on birinci abzasından “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri və rəhbərin müavini,” sözləri çıxarılsın;

{nl}

2.5. 2.1.5-ci və 3.2.5-ci bəndlər üzrə:

{nl}

2.5.1. beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”;

{nl}

2.5.2. altıncı abzaslardan “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini;” sözləri, yeddinci abzaslardan “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının (təminedici və yardımçı) şöbəsinin müdiri və müdir müavini,” sözləri çıxarılsın;

{nl}

2.6. 2.1.6-cı bəndin ikinci abzasından “, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi” sözləri, üçüncü abzasından “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının sektor müdiri, baş mühasibi, baş məsləhətçisi, böyük məsləhətçisi, aparıcı məsləhətçisi, məsləhətçisi,” sözləri, 3.2.6-cı bəndin ikinci abzasından “, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi” sözləri, üçüncü abzasından “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözləri  çıxarılsın;

{nl}

2.7. 2.3.1-ci və 3.4.1-ci bəndlərin üçüncü abzaslarında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında,” sözləri əlavə edilsin;

{nl}

2.8. 2.3.2-ci və 3.4.2-ci bəndlərin üçüncü abzasları aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər.”;

{nl}

2.9. 2.3.3-cü bəndin ikinci abzasından “, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər” sözləri, 3.4.3-cü bəndin ikinci abzasından  “, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər” sözləri çıxarılsın;

{nl}

2.10. 2.3.4-cü bəndin ikinci abzasından “, Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)” sözləri, 3.4.4-cü bəndin ikinci abzasından “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər,” sözləri çıxarılsın.

{nl}

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 497 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2006-cı il, № 12, maddə 1044; 2007-ci il, № 11, maddə 1107; 2009-cu il, № 2, maddə 77) 2.3-cü bəndi çıxarılsın.

{nl}

4. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 420) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 14-cü bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

{nl}

“Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat verməlidir.”.

{nl}

5. “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 645,  № 8, maddələr 723, 731; 2009-cu il, № 6, maddələr 419, 421; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 639 nömrəli Sərəncamı) 2 nömrəli əlavəsinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

{nl}

5.1. İnzibati vəzifələrin təsnifatı üzrə:

{nl}

5.1.1. “Birinci təsnifat”ın birinci qrafasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri;” sözləri əlavə edilsin;

{nl}

5.1.2. “İkinci təsnifat” üzrə:

{nl}

5.1.2.1. ikinci qrafada “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri” sözlərindən sonra “; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbərinin müavini” sözləri, üçüncü qrafada “Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri” sözlərindən sonra “; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri” sözləri əlavə edilsin;

{nl}

5.1.2.2. altıncı qrafa aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri;”;

{nl}

5.1.3. “Üçüncü təsnifat” üzrə:

{nl}

5.1.3.1. dördüncü qrafada “Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdir müavini;” sözləri əlavə edilsin;

{nl}

5.1.3.2. yeddinci qrafada “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdiri;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının yardımçı şöbəsinin müdiri;” sözləri əlavə edilsin, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatının rəhbərinin müavini” sözləri “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatı rəhbərinin müavini; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini;” sözləri ilə əvəz edilsin;

{nl}

5.1.3.3. on birinci qrafadan “; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatının rəhbəri” sözləri çıxarılsın;

{nl}

5.1.3.4. on ikinci qrafada “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdir müavini;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının yardımçı şöbəsinin müdir müavini;” sözləri əlavə edilsin;

{nl}

5.1.3.5. on üçüncü qrafada “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının təminedici şöbəsinin müdiri;” sözləri “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının təminedici şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının təminedici şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin və “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Aparatının rəhbəri” sözləri çıxarılsın;

{nl}

5.1.4. “Dördüncü təsnifat” üzrə:

{nl}

5.1.4.1. üçüncü qrafada “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin köməkçisi;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında sektor müdiri, baş mühasib;” sözləri əlavə edilsin;

{nl}

5.1.4.2. beşinci qrafadan “; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri” sözləri çıxarılsın;

{nl}

5.1.4.3. doqquzuncu qrafadan “;Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatının rəhbərinin müavini” sözləri çıxarılsın;

{nl}

5.1.4.4. on birinci qrafa çıxarılsın;

{nl}

5.1.4.5. on dördüncü qrafada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatının təminedici şöbəsinin müdir müavini” sözləri “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının təminedici şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini” sözləri ilə əvəz edilsin;

{nl}

5.1.4.6. on yeddinci qrafada “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında;” sözləri əlavə edilsin;

{nl}

5.1.4.7. iyirminci qrafa aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının yardımçı şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının yardımçı şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdiri”;

{nl}

5.1.4.8. iyirmi üçüncü və iyirmi dördüncü qrafalar çıxarılsın;

{nl}

5.1.4.9. iyirmi beşinci qrafada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatının yardımçı şöbəsinin müdir müavini” sözləri “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının yardımçı şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının yardımçı şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdir müavini” sözləri ilə əvəz edilsin;

{nl}

5.1.5. “Beşinci təsnifat” üzrə:

{nl}

5.1.5.1. altıncı qrafa çıxarılsın;

{nl}

5.1.5.2. yeddinci qrafadan “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının” sözləri çıxarılsın;

{nl}

5.1.5.3. onuncu qrafa aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş mühasib; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) köməkçisi”;

{nl}

5.1.5.4. on birinci qrafa çıxarılsın;

{nl}

5.1.5.5. on yeddinci qrafada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatında” sözləri “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında” sözləri ilə əvəz edilsin və “- məsləhətçi” sözündən sonra “, məhkəmə iclasının katibi, hakimin köməkçisi” sözləri əlavə edilsin;

{nl}

5.1.6. “Altıncı təsnifat” üzrə:

{nl}

5.1.6.1. üçüncü və dördüncü qrafalar çıxarılsın;

{nl}

5.1.6.2. altıncı qrafadan “, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)” sözləri çıxarılsın;

{nl}

5.1.6.3. yeddinci qrafadan “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi;” sözləri çıxarılsın;

{nl}

5.1.6.4. on beşinci qrafadan “, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)” sözləri çıxarılsın;

{nl}

5.2. Yardımçı vəzifələrin təsnifatları üzrə:

{nl}

5.2.1. “Birinci təsnifat”da “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında və İşlər İdarəsində,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında,” sözləri əlavə edilsin;

{nl}

5.2.2. “İkinci təsnifat” aşağıdakı redaksiyada verilsin:

{nl}

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında texniki vəzifələr tutan:

{nl}

- baş mütəxəssis (rəhbərin katibi, arxiv müdiri, makinaçılar bürosunun müdiri, surətçıxarma-çoxaltma bürosunun müdiri, böyük inspektor, böyük statistik, böyük arxivçi, məsul növbətçi, sürücü)

{nl}

- böyük mütəxəssis (inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdirləri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı)

{nl}

- aparıcı mütəxəssis (kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı)

{nl}

- mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə)";

{nl}

5.2.3. “Üçüncü təsnifat”dan “,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin” sözləri çıxarılsın;

{nl}

5.2.4. “Dördüncü təsnifat”dan “,Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında” sözləri çıxarılsın.

{nl}

{nl}

İlham ƏLİYEV

{nl}

Azərbaycan Respublikasının Prezidenti

{nl}

Bakı şəhəri, 15 mart 2010-cu il

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında