Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli fərmanı ilə təsdiq edilmişdir

{nl}

1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında "Əsasnamə"yə uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin keçirilməsi qaydasını müəyyən edir.
1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
1.3. Gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir.
1.4. Müsabiqəyə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən vətəndaşlar buraxılırlar.
1.5. Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri (məlumatları) təqdim etməlidir:
- şəxsi ərizə;
- şəxsiyyəti təsdiq edən sənəd;
- əmək kitabçası;
- müvafiq təhsilə malik otəsdiq edən sənəd;
- sağlamlığının vəziyyəti haqqında tibbi arayış;
- tərcümeyi-hal;
- ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar;
- hərbi bilet və ya digər hərbi uçot sənədi.
1.6. Namizədlərin təqdim etdiyi sənədlər (məlumatlar) qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılır.
1.7. Kiçik heyət, orta və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə şəxslər müsabiqə əsasında qəbul edilirlər.
1.8. Aşağıda göstərilən namizədlər test imtahanından azad edilirlər və onlarla yalnız müsahibə keçirilir:
1.8.1. kiçik heyət və baş rəis heyəti (gömrük xidməti mayoru və tibb xidməti mayoru xüsusi rütbələri nəzərdə tutan vəzifələr istisna olmaqla) üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən namizədlərlə;
1.8.2. prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərlə;
1.8.3. digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularla;
1.8.4. hüquq sahəsində elmi dərəcəsi olan şəxslərlə;
1.8.5. gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik mütəxəssislərlə.
2. Müsabiqə komissiyası
2.1. Müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunur.
2.2. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və digər mütəxəssislər cəlb edilə bilərlər.
2.3. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
2.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.
3. Müsabiqənin keçirilməsi
3.1. Namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur və ictimaiyyətə çatdırılır.
3.2. Müsabiqənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə digər müvafiq dövlət qurumları cəlb oluna bilərlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında