İnvestisiya təşviqi sənədinin verilməsi qaydası

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
18 yanvar  tarixli Fərmanı ilə təsdiq edilmişdir

 


 

1. Bu Qayda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra - sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.

2. İnvestisiya təşviqi sənədi bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə  əsas verən sənəddir.  

3. İnvestisiya təşviqi sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:

3.1. investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;

3.2. investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;

3.3. investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.

4. Bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir.

5. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

5.1. bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);

5.2. bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;

5.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.

6. Sahibkar, bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.

7. Nazirlik bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır. İnvestisiya layihəsi bu Qaydanın 3-cü hissəsində göstərilmiş meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda Nazirlik investisiya təşviqi sənədini sahibkara verir.

8. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

9. Nazirlik investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

10. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında