Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq  qərara alır:

1. Təhlükəsizlik və müdafiə məsələləri komitəsi “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”, İqtisadi siyasət komitəsi “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”, Sosial siyasət komitəsi “Əmək və sosial siyasət komitəsi” adlandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı yeni komitələri yaradılsın:

Səhiyyə komitəsi;

Ailə, qadın və uşaq məsələləri komitəsi;

İctimai birliklər və dini qurumlar komitəsi;

Gənclər  və idman komitəsi.

3. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilməsi barədə qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.

O. ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri

Bakı şəhəri,  24 noyabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında