Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiyanın tərkibi barədə”

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Yaqub Eyyubov  Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

 Komissiyanın üzvləri:

Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Zakir Həsənov     Azərbaycan Respublikasının müdafiə naziri

Fikrət Məmmədov               Azərbaycan Respublikasının ədliyyə naziri

Elmar Məmmədyarov          Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev              Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov        Azərbaycan Respublikasının maliyyə naziri

Əli Abbasov         Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov          Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Ramil Usubov      Azərbaycan Respublikasının daxili işlər naziri

Yavər Camalov     Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Vaqif Axundov    Azərbaycan Respublikası

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Elçin Quliyev        Azərbaycan Respublikası

Dövlət Sərhəd Xidmətinin rəisi

Akif Əlizadə          Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev           Azərbaycan Respublikası

Dövlət Neft Şirkətinin prezidenti.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 sentyabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında