2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 sentyabr 2015-ci il tarixli 02 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İzzətli Ruslan Teymur oğlu 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeyd edilən seçki dairəsi dairə seçki komissiyasının 11 sentyabr 2015-ci il tarixli 6/19 saylı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müəyyən edilmişdir ki, 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının 11 sentyabr 2015-ci il tarixli 6/19 saylı qərarı ilə həmin seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş R.T.İzzətliyə Seçki Məcəlləsində göstərilən müddətdən əvvəl sosial şəbəkədə təşviqat aparılmasının dayandırılması və yığışdırılması barədə xəbərdarlıq edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, namizəd R.T.İzzətlinin sosial şəbəkədə yerləşdirdiyi məlumat qanunda göstərilmiş müddətdən əvvəl seçkiqabağı təşviqatın aparılması kimi qiymətləndirilməməli və dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci  hissələrinə əsasən   qərara alır:

1. Deputatlığa namizəd İzzətli Ruslan Teymur oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 sentyabr 2015-ci il tarixli 02 saylı müraciəti təmin edilsin və 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının 11 sentyabr 2015-ci il tarixli 6/19 saylı qərarı ləğv edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

           Sədr               Məzahir Pənahov

           Katib              Arifə Muxtarova

           Katib              Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında