"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında AZƏR

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 900-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 193 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 514; 2002-ci il, № 8, maddə 478) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bəndin dördüncü abzası çıxarılsın və beşinci abzas dördüncü abzas hesab edilsin;
2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
2.1.1. həmin qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-5-ci bəndlərində və ikinci hissəsində nəzərdə tutulan hallarda - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.2. həmin qanunun 8-ci maddəsinin birinci hissəsinin 6-cı və 9-cu bəndlərində nəzərdə tutulan hallarda - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
2.1.3. həmin qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində nəzərdə tutulan hallarda:
2.1.3.1. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən şəxslərə münasibətdə - təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların tapşırığı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.3.2. məhkum olunmuş şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
2.1.3.3. inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.4. həmin qanunun 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulan hallarda - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
2.2. həmin qanunun 1-ci maddəsinin 1-ci bəndində, 10-cu maddəsinin ikinci hissəsində (birinci halda) və üçüncü hissəsinin 3-cü bəndində, 11-ci maddəsinin ikinci və üçüncü hissələrində, 12-ci maddəsinin birinci abzasında və 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini bu fərmanın 2.1-ci bəndində göstərilən dövlət orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.3. həmin qanunun 9-cu maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 14-cü maddəsinin birinci hissəsində (hər üç halda) və ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında