Azərbaycan Respublikası Prezidentinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nun təsdiq edilməsi haqqında" 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanına və "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" 2008-ci il 9 iyul

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; 2007-ci il, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008-ci il, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009-cu il, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010-cu il, № 2, maddə 80, № 3, maddə 183) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. 2.1.2-ci və 3.2.2-ci bəndlərin üçüncü abzaslarında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri," sözlərindən sonra "Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi," sözləri, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri," sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi," sözləri əlavə edilsin;
1.2. 2.1.3-cü və 3.2.3-cü bəndlərin üçüncü abzaslarından "Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi," sözləri çıxarılsın;
1.3. 2.1.4-cü və 3.2.4-cü bəndlərin onuncu abzaslarında "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini," sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi rəhbərinin müavini," sözləri əlavə edilsin;
1.4. 2.1.5-ci və 3.2.5-ci bəndlər üzrə:
1.4.1. beşinci abzaslarda "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında" sözlərindən sonra ", Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində" sözləri, "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib," sözlərindən sonra "sədrin köməkçisi," sözləri, "Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib," sözlərindən sonra "müvəkkilin (ombudsmanın) köməkçisi," sözləri əlavə edilsin;
1.4.2. doqquzuncu abzaslarda "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında Aparatın rəhbəri və rəhbərin müavini," sözlərindən sonra "Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin rəhbəri," sözləri əlavə edilsin;
1.5. 2.1.6-cı və 3.2.6-cı bəndlərin altıncı abzaslarında "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini" sözlərindən sonra ", rəhbərin köməkçisi, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini" sözləri əlavə edilsin;
1.6. 2.1.7-ci və 3.2.7-ci bəndlərin ikinci abzaslarının sonuna nöqtəli vergül işarəsindən əvvəl ", Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri əlavə edilsin;
1.7. 2.1.7-ci və 3.2.7-ci bəndlərin üçüncü abzaslarında, 2.1.8-ci və 3.2.8-ci bəndlərdə, 2.1.9-cu və 3.2.9-cu bəndlərin ikinci abzaslarında, 2.3.6-cı və 3.4.6-cı bəndlərin üçüncü abzaslarında "mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan" sözləri "Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan" sözləri ilə əvəz edilsin;
1.8. 2.3.2-ci və 3.4.2-ci bəndlərin üçüncü abzaslarında "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında" sözlərindən sonra ", Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində" sözləri əlavə edilsin;
1.9. 2.3.6-cı və 3.4.6-cı bəndlərin ikinci abzaslarında "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının" sözlərindən sonra ",Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin" sözləri əlavə edilsin.
2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 497 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1044; 2007-ci il, № 11, maddə 1107; 2009-cu il, № 2, maddə 77; 2010-cu il, № 3, maddə 183) 2.6-cı bəndində "ikinci halda Azərbaycan Respublikasının" sözləri "ikinci halda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının" sözləri ilə əvəz edilsin.
3. "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 645, № 8, maddələr 723, 731; 2009-cu il, № 6, maddələr 419, 421, № 12, maddə 1029; 2010-cu il, № 3, maddə 183) 2 nömrəli əlavəsinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
3.1. İnzibati vəzifələrin təsnifatları üzrə:
3.1.1. "İkinci təsnifat"ın üçüncü qrafasında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri;" sözlərindən sonra "Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi;" sözləri, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri" sözlərindən sonra "; Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi" sözləri əlavə edilsin;
3.1.2. "Üçüncu təsnifat"ın üçüncü qrafasından "Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi;" sözləri çıxarılsın;
3.1.3. "Dördüncü təsnifat"ın on dördüncü qrafasında "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini;" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi; Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi rəhbərinin müavini;" sözləri əlavə edilsin;
3.1.4. "Beşinci təsnifat" üzrə:
3.1.4.1. onuncu qrafada "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında" sözlərindən sonra ", Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində" sözləri, "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib" sözlərindən sonra ", sədrin köməkçisi" sözləri əlavə edilsin;
3.1.4.2. on altıncı və iyirminci qrafalarda "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının" sözləri "Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin Aparatının" sözləri ilə əvəz edilsin;
3.1.4.3. on yeddinci qrafada "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında," sözlərindən sonra "Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində," sözləri əlavə edilsin;
3.1.4.4. aşağıdakı məzmunda iyirmi birinci, iyirmi ikinci və iyirmi üçüncü qrafalar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin rəhbəri 640
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının rəhbəri 540
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının rəhbərinin müavini 510
3.1.5. "Altıncı təsnifat" üzrə:
3.1.5.1. on üçüncü qrafada "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında" sözləri "Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin aparatlarında" sözləri ilə əvəz edilsin, "yardımçı şöbənin müdir müavini" sözlərindən sonra ", rəhbərin köməkçisi" sözləri əlavə edilsin;
3.1.5.2. aşağıdakı məzmunda on yeddinci qrafa əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında:
- təminedici şöbənin müdiri 420
- təminedici şöbənin müdir müavini 400
- yardımçı şöbənin müdiri 390
- yardımçı şöbənin müdir müavini, rəhbərin köməkçisi 370
3.1.6. "Yeddinci təsnifat" üzrə:
3.1.6.1. ikinci və beşinci qrafalarda "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında" sözləri "Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin aparatlarında" sözləri ilə əvəz edilsin;
3.1.6.2. dördüncü qrafada "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında" sözləri əlavə edilsin;
3.1.6.3. aşağıdakı məzmunda altıncı, yeddinci və səkkizinci qrafalar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərləri 385
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında sektor müdiri, baş mühasib 343
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında:
- baş məsləhətçi 330
- böyük məsləhətçi 315
- aparıcı məsləhətçi 300
- məsləhətçi 290
3.1.7. "Səkkizinci təsnifat"a aşağıdakı məzmunda üçüncü qrafa əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin müavinləri 290
3.1.8. "Doqquzuncu təsnifat"a aşağıdakı məzmunda səkkizinci və doqquzuncu qrafalar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların aparatlarında sektor müdiri, baş mühasib 217
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların aparatlarında:
- baş məsləhətçi 194
- böyük məsləhətçi 189
- aparıcı məsləhətçi 184
- məsləhətçi 179
3.2. Yardımçı vəzifələrin təsnifatları üzrə:
3.2.1. "İkinci təsnifat"da "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin" sözlərindən sonra "Aparatında, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində" sözləri əlavə edilsin;
3.2.2. "Altıncı təsnifat"da "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının" sözləri "Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların" sözləri ilə əvəz edilsin.
4. Bu fərman 2010-cu il 15 mart tarixindən qüvvəyə minir.{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2010-cu il

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında