Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi  haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:

                               Komissiyanın sədri

İlham Əliyev                - Azərbaycan Respublikasının  Prezidenti

 

                              Komissiyanın üzvləri

Artur Rasi-zadə          - Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev         - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev           - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə                 - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva        - Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev          - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri

Mikayıl Cabbarov         - Azərbaycan Respublikasının Təhsil naziri

Oqtay Şirəliyev             - Azərbaycan Respublikasının Səhiyyə naziri

Əli Abbasov                  - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri

Hüseynqulu Bağırov   - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

Kamal Abdullayev        - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Fatma Abdullazadə      - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə      - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov      - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev                 - Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov             - Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə          - Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova    - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov      - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə         - Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov              - Xalq rəssamı

Arif Məlikov                 - Xalq artisti

Ömər Eldarov              - Xalq rəssamı

Eldar Quliyev              - Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti

2. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel  2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında