Əlavə № 3

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 sentyabr tarixli 328 nömrəli fərmanı ilə təsdiq edilmişdir

{nl}

Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin S İ Y A H I S I
Sıra №-si Fəaliyyət növünün adı
1. Kartoqrafiya fəaliyyəti
2. Neft məhsullarının satışı
3. Qaz məhsullarının satışı
4. Tibb fəaliyyəti
5. Əczaçılıq fəaliyyəti
6. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin):
6.1. İstehsalı
6.2. İdxalı
7. Tütün məmulatının:
7.1. İstehsalı
7.2. İdxalı
8. Rabitə xidmətləri:
8.1. Telefon (məftilli)
8.2. Sellülar (mobil)
8.3. Radiotrank və simsiz telefon
8.4. İP-telefoniya (internet-telefoniya)
8.5. Məlumatların ötürülməsi (data)
8.6. Sürətli poçt xidməti
8.7. 3-cü nəsil (3G) mobil rabitə xidmətləri
9. Təhsil müəssisələrinin fəaliyyəti:
9.1. Məktəbəqədər tərbiyə müəssisələri
9.2. Ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri
9.3. Ali təhsil müəssisələri
9.4. Dini orta ixtisas tədris müəssisələri
9.5. Ali dini tədris müəssisələri
10. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti
11. Auditor fəaliyyəti
12. Ciddi hesabat blanklarının hazırlanması
13. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması
14. Turizm fəaliyyəti
15. Gömrük brokeri fəaliyyəti
16. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi
17. Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)
18. Yabanı dərman bitkiləri xammalının yığılması
19. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması:
19.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları
19.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları
19.3. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları
19.4. Ölkədaxili yük daşımaları
20. Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı
21. Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti
22. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması
23. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı
24. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması
25. Liftlərin quraşdırılması və təmiri
26. Attraksionların quraşdırılması və istismarı
27. Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri
28. Qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri
29. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi
30. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi
31. Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri
32. Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası
33. Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri
34. Qiymətli metalların və qiymətli daşların dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması)
35. Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri
36. Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi
37. Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işləri:
37.1. 40 metr hündürlüyədək
37.2. 65 metr hündürlüyədək
37.3. 65 metrədək və daha hündür
38. Özəl baytarlıq təbabəti fəaliyyəti
39. Baytarlıq preparatlarının:
39.1. İstehsalı
39.2. Satışı
40. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında