“Uyğun milli teletibb sistemlərinin yaradılması, onların gələcək inkişafı və istifadəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında” Sazişin təsdiqi və həmin Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2010-cu il noyabrın 19-da  Sankt-Peterburq şəhərində imzalanmış “Uyğun milli teletibb sistemlərinin yaradılması, onların gələcək inkişafı və istifadəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında” Saziş (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında