"Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1057-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 25.10-cu maddəsində nəzərdə tutulmuş fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri daxilində "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində, 21.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 25.2-ci, 26.1-ci və 27.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 23.10-cu, 23.11-ci, 25.3-cü, 25.5-ci maddələrində, 25.8-ci maddəsində hər iki halda, 25.10-cu, 26.2-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 4.3-cü maddəsində, 4.7-ci maddəsinin ikinci cümləsində, 4.9-cu, 4.14-cü, 6.8-ci maddələrində, 7.2-ci maddəsinin ikinci cümləsində, 8.1-ci, 17.8-ci, 21.10-cu, 21.11-ci, 21.12-ci maddələrində, 23.14-cü maddəsinin ikinci cümləsində, 25.6-cı maddəsinin ikinci hissəsində, 26.3-cü, 28.1.8-ci maddələrində və 32.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 1.1-ci maddəsində, 3-cü maddəsində ikinci halda, 4.10-cu, 6.5-ci, 13.1.5-ci, 13.11-ci, 13.12-ci, 13.13-cü maddələrində, 14.4-cü maddəsinin ikinci cümləsində, 17.5-ci maddəsinin birinci cümləsində, 21.7.1-ci maddəsində hər iki halda, 21.7.2-ci maddəsinin ikinci cümləsində, 21.8-ci, 21.9-cu, 21.13.2-ci, 21.16-cı, 21.22-ci, 23.6.2-ci, 23.6.3-cü, 29.1-ci və 32.1-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 4.4-cü, 4.15-ci maddələrində, 15.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.5-ci, 22.2-ci maddələrində, 25.6-cı maddəsinin birinci hissəsində, 26.5-ci, 31.1.7-ci, 33.1.8-ci və 35.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 4.13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.6. həmin Qanunun 3-cü maddəsində birinci halda, 6.1-ci maddəsində, 13.9-cu maddəsinin birinci hissəsində, 18.3-cü, 21.5-ci, 21.21-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində, 23.3-cü maddəsində və 32.3-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.7. həmin Qanunun 21.7.2-ci maddəsinin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 24.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;
2.9. həmin Qanunun 25.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.
{nl}
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.