"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, №11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007-ci il, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008-ci il, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, № 2, maddə 330, № 3, maddə 163, № 4, maddə 226, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010-cu il, № 2, maddə 80, № 3, maddələr 180, 189; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 264 nömrəli və 1 iyul tarixli 287 nömrəli fərmanları) aşağıdakı məzmunda 3.69-cu bənd əlavə edilsin:
"3.69. həmin Məcəllənin 348-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mərkəzi Bankı (kredit təşkilatları, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatlarına münasibətdə), Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlərə, qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlərə, lotereya təşkilatçısına və investisiya fondlarına münasibətdə), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərə münasibətdə), Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə münasibətdə), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına münasibətdə), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən dini təşkilatlara münasibətdə) və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərə münasibətdə) baxırlar."
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 725; 2002-ci il, № 8, maddə 478; 2006-cı il, № 7, maddə 593, № 8, maddə 677, № 12, maddə 1034; 2010-cu il, № 2, maddə 80) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
2.1. 1.1-ci bəndin ikinci abzasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən" sözləri çıxarılsın və "Mərkəzi Bankının," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin," sözləri əlavə edilsin;
2.2. 2.3-cü bəndin ikinci abzasında və 3.1-ci bəndin ikinci abzasında "Mərkəzi Bankından," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən," sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 872; 2008-ci il, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009-cu il, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010-cu il, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 279 nömrəli və 1 iyul tarixli 287 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı dəyişiklik və əlavələr edilsin:
3.1. 8.1-ci bənddə "və 247-2-ci maddəsində" sözləri ", 247-2-ci maddəsində və 348-3-cü maddəsində (kredit təşkilatları, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatlarına münasibətdə)" sözləri ilə əvəz edilsin;
3.2. 10.1-ci bənddə "(qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə)" sözlərindən sonra "və 348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına münasibətdə)" sözləri əlavə edilsin;
3.3. aşağıdakı məzmunda 16-cı bənd əlavə edilsin:
"16. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti adından:
16.1. Məcəllənin 348-3-cü maddəsində (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru, onun müavini."
4. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 79; 2010-cu il, № 2, maddə 80, № 3, maddə 192) 4.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"4.7. həmin Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, hüquqi xidmət göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;"
5. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 525) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə"yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
5.1. aşağıdakı məzmunda 10.1-1-ci, 10.4-1-ci, 10.4-2-ci, 10.4-3-cü, 10.6-1-ci və 10.10-1-ci bəndlər əlavə edilsin:
"10.1-1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirir;
10.4-1. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sadələşdirilmiş eyniləşdirilmə və verifikasiya qaydalarını müəyyən edir;
10.4-2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim olunmalı olan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların siyahısını və ümumi məbləğinin minimal həddini müəyyən edir;
10.4-3. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada şəxslərin siyahısını təsdiq və dərc edir, həmçinin bu siyahını birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərir;
10.6-1. lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir;
10.10-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxır;"
5.2. 10.5-ci bənddə "müəyyənləşdirir" sözü "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müəyyənləşdirir və dərc edir, həmçinin bu siyahını birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərir" sözləri ilə əvəz edilsin;
5.3. 10.7-ci bənddə "monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin fəaliyyətinə nəzarət edən orqan nəzərdə tutulmadığı halda, onlar" sözləri "lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər" sözləri ilə əvəz edilsin;
5.4. 14.5-ci bənddə "sərəncamlar verir" sözlərindən sonra ", habelə normativ xarakterli aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir" sözləri əlavə edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.