"Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 672) aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Rayon (şəhər) məhkəmələri üzrə" bölməsinin 1.3.28-ci bəndində "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə - "Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, yerli iqtisad məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası"nın "5. Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri" bölməsinin 5.2-ci bəndində, "12. Sumqayıt yerli iqtisad məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri" bölməsinin 12.2-ci bəndində, "21. Sumqayıt Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri" bölməsinin 21.2-ci bəndində "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 225, № 11, maddə 886; 2010-cu il, № 2, maddələr 78, 80) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. "Giriş" hissəsinin 3.5-ci bəndində "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin;
2.2. "4. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə Tədbirlər Planı"nın "Dəvəçi rayonu" bölməsinin adında, 4.3.5.13-cü, 4.3.5.14-cü, 4.3.5.15-ci, 4.3.5.17-ci, 4.3.5.18-ci, 4.3.5.19-cu, 4.3.5.20-ci, 4.3.5.24-cü bəndlərinin "Tədbirin adı" sütununda "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin.
3. "Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 206, № 10, maddə 640; 2006-cı il, № 5, maddə 414; 2008-ci il, № 8, maddələr 715, 733; 2009-cu il, № 10, maddə 806) ilə təsdiq edilmiş 2 nömrəli əlavə "Sumqayıtelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən paylayıcı elektrik şəbəkələri"ndə "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 1122 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 51) 1-ci bəndində "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90, № 8, maddə 769; 2008-ci il, № 8, maddələr 715, 733) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"ın "Giriş" hissəsinin "Azərbaycan Respublikası haqqında qısa Məlumat" bölməsinin beşinci abzasında, 1-ci - "Təbii meşələrin bərpası" bölməsinin 1.1.1-ci bəndinin ikinci abzasında, 1.2.1-ci bəndinin ikinci abzasında, 2-ci - "Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi" bölməsinin 2.1.1-ci bəndinin ikinci abzasında, 2.2.1-ci bəndinin ikinci abzasında, 2.3.1-ci bəndinin ikinci abzasında, 3-cü - "Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə)" bölməsinin 3.1.1-ci bəndinin ikinci abzasında, 4-cü - "Qeyri-meşə fondu torpaqlarında meşə və yaşıllıqların salınması" bölməsinin 4.1.3-cü bəndində, 5-ci - "Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili" bölməsinin 5.1.1-ci bəndinin ikinci abzasında, 5.1-ci bəndindəki 1 nömrəli cədvəlin "Zona və rayonlar" sütununun 1-ci sırasında, 6-cı - "Ərazilərində meşə sahələri mövcud olan yaşayış məntəqələrində meşə fondu ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması" bölməsinin 6.1-ci bəndinin ikinci abzasında, 7-ci - "Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyənləşdirilməsi və istifadəsi" bölməsinin beşinci abzasında, 7.1.1-ci bəndinin ikinci abzasında, 10-cu - "Tədris və təbliğat" bölməsinin 10.1.1-ci bəndinin üçüncü abzasında "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 104; 2008-ci il, № 8, maddə 715; 2009-cu il, № 11, maddə 886) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər" bölməsinin 63-cü bəndinin "Tədbirin adı" sütununda "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.