"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respubl

"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007-ci il, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105; 2008-ci il, № 5, maddə 373, № 6, maddə 498, № 8, maddələr 715 və 719; 2009-cu il, № 2, maddə 64) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyəti başçısı aparatı, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nın "Bakı şəhəri Əzizbəyov, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonları icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı" bölməsinin adında "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 302; 2007-ci il, №11, maddə 1110; 2008-ci il, № 6, maddə 500) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə"nin 1.1-ci bəndində "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilsin.
3. "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 672) 1.3.4-cü bəndində, həmin Fərmanla təsdiq edilmiş Əlavə - "Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, yerli iqtisad məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası"nın 2.2-ci, 9.1-ci və 16.2-ci bəndlərində "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Abşeron Milli Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli 622 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 91) 1-ci bəndində "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 798; 2008-ci il, № 8, maddə 715; 2009-cu il, № 4, maddə 226, № 11, maddə 886) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı"nın dördüncü bölməsinin 4.24-cü bəndinin "Tədbirlərin adı" sütununda "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında