"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində, 18-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində, 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;
1.2. həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 386; 2002-ci il, № 1, maddə 14; 2006-cı il, № 9, maddə 743, № 11, maddə 943; 2007-ci il, № 11, maddə 1115; 2008-ci il, № 1, maddə 8, № 6, maddə 498) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
2.1. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
"həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində ikinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və ikinci hissəsində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;";
2.2. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
"həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;";
2.3. on birinci abzas aşağıdakı redaksiyada verilsin:
"həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində hər iki halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci və ikinci hissələrində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və ikinci hissəsində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.