Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

İsmayıl Sadıqov - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

Akif Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru

Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru

Aqşin Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi

Altay Hacıyev - xalq rəssamı

Arif Məlikov - xalq artisti

Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Mövlud Süleymanlı - xalq yazıçısı

2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 76, 2012, № 11, maddə 1087) 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi” ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında