“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dek

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanını   “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununa  uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 23; 2003, № 9, maddə 484; 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “1-ci bəndinin üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində” sözləri  “1-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində və altıncı hissəsinin birinci cümləsində, 23-1-ci və 23-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.

2. 2.2-ci bənd üzrə:

2.1. “və 18-ci bəndlərində, 20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23- cü” və “və 6" sözləri çıxarılsın;

2.2. “bəndinin” (hər dörd halda), “bəndlərində” (hər iki halda) və “bəndində” sözləri müvafiq olaraq “maddəsinin”, “maddələrində” və “maddəsində” sözləri ilə əvəz edilsin.

3. 2.3-cü bənddə “10-cu bəndinin birinci abzasında və ”a", “e” yarımbəndlərində, habelə 24-cü bəndində" sözləri “10-cu maddəsinin birinci abzasında və ”a" bəndində, habelə 24-cü maddəsində" sözləri ilə əvəz edilsin.

4. 2.4-cü və 2.5-ci bəndlərdə “bəndinin” və “yarımbəndində” sözləri müvafiq olaraq “maddəsinin” və “bəndində” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının   Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında