Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, habelə Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsində dəyişikliklər edildiyini nəzərə alaraq, Dövlət Neft Fondunun büdcəsində müvafiq dəyişikliklərin aparılmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 992) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci bənddə "5 963 126,7" rəqəmləri "9 032 139,4" rəqəmləri ilə, "5 428 431,2" rəqəmləri "6 428 431,2" rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci bənddə verilmiş cədvəl aşağıdakı redaksiyada verilsin:
Gəlir mənbələri Gəlirlərin məbləği (Min manat)
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 8 615 782,1
2. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) 155 813,8
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 9 640,8
4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 250 002,7
5. Digər gəlirlər və daxilolmalar 900,0
Cəmi 9 032 139,4
1.3. 3-cü bənddə verilmiş cədvəlin 2-ci sırasında "4 915 000,0" rəqəmləri "5 915 000,0" rəqəmləri ilə əvəz edilsin və xərclərin məbləğinin cəmi göstərilən sırada "5 428 431,2" rəqəmləri "6 428 431,2" rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu fərmandan irəli gələn məsələləri həll etsin.{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2010-cu il

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında