"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 610; 2001-ci il, № 10, maddə 646; 2002-ci il, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003-cü il, № 8, maddə 434; 2004-cü il, № 1, maddə 19, № 5, maddə 345; 2005-ci il, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006-cı il, № 8, maddə 676, № 11, maddə 935; 2007-ci il, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008-ci il, № 1, maddələr 7, 10; 2009-cu il, № 7, maddələr 531, 534) 2-ci bəndinə aşağıdakı əlavələr edilsin:
2.1. səkkizinci abzasda "214.2.2-ci maddəsində" sözlərindən sonra "(ikinci halda)" sözləri əlavə edilsin;
2.2. doqquzuncu abzas onuncu abzas hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
"həmin məcəllənin 214.2.2-ci maddəsində (birinci halda) və 214.2.3-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında