"Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1046-I

"Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1046-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1046-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"nin 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. xüsusi və ya hərbi rütbədən məhrumetmə prosedurunun dəqiq müəyyən edilməsi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1046-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 22; 2004-cü il, № 12, maddə 1001; 2007-ci il, № 11, maddə 1117) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
2.1. 2-ci bəndin ikinci abzasında "Əsasnamənin" sözündən sonra "11-ci maddəsinin ikinci hissəsində," sözləri əlavə edilsin və üçüncü abzasında "və 98-ci maddəsinin ikinci hissəsində" sözləri ", 98-ci maddəsinin ikinci hissəsində və 100-cü maddəsində" sözləri ilə əvəz edilsin;
2.2. 3-cü bənd çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1001; 2008-ci il, № 12, maddə 1057) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nın sonuna aşağıdakı məzmunda abzas əlavə edilsin:
"Tibbi Xidmət İdarəsinin rəisi tibb xidməti general- mayoru".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında