"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanına və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında

{nl}

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanına və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 239; 2008-ci il, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009-cu il, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 83, № 3, maddə 193) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1.1. 9.31-1-ci bənddə "9.31-1. xidməti-tətbiqi" sözləri "9.31-2. xidməti-tətbiqi" sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 9.32-1-ci bənd əlavə edilsin:
"9.32-1. müəyyən edilmiş qaydada miqrasiya orqanlarının xüsusi vasitələrlə təmin olunması üçün tədbirlər görmək;".
2. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 994) aşağıdakı əlavə və dəyişiklik edilsin:
2.1. 2.1-ci bənddə "62-ci maddəsinin ikinci cümləsində," sözlərindən sonra "77-1-ci maddəsinin ikinci cümləsində," sözləri əlavə edilsin;
2.2. 2.2-ci bənddə "77-ci maddəsində" sözləri "29-1-ci maddəsinin ikinci cümləsində, 77-ci maddəsində və 77-2-ci maddəsinin ikinci cümləsində" sözləri ilə əvəz edilsin.

{nl}


İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2010-cu il

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında