"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezide

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1045-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 6-1-ci hissəsində nəzərdə tutulmuş daşınar əmlakın müvafiq rəsmi reyestrlərindən çıxarışların formalarını təsdiq etsin;
1.4. öz səlahiyyətləri daxilində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 666; 2001-ci il, №7, maddə 459; 2003-cü il, №10, maddələr 546, 571; 2004-cü il, №8, maddə 617, №12, maddə 1005; 2006-cı il, №9, maddə 743; 2008-ci il, №8, maddə 719; 2009-cu il, № 4, maddə 226, № 8, maddə 630) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
2.1. üçüncü abzasda "27-ci maddəsinin 1-ci hissəsində," sözləri "27-ci maddəsinin 1-ci və 6-1-ci hissələrində," sözləri ilə əvəz edilsin;
2.2. dördüncü abzasda "84-cü maddəsinin adında, birinci cümləsində, 2-ci, 6-cı" sözlərindən sonra ", 6-1-ci" sözləri əlavə edilsin, "85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin qeydində" sözləri "85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin qeydində (hər iki halda)" sözləri ilə əvəz edilsin.
3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, №7, maddə 715, №8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008-ci il, №1, maddə 7, №3, maddə 186, №6, maddələr 504, 507, №7, maddə 617, №8, maddə 713, №9, maddə 798, №10, maddə 894, №11, maddələr 969, 971, 980, №12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, №2, maddə 330, №3, maddə 163, №4, maddə 226, №5, maddə 330; №7, maddələr 532, 535, 539, 540, 542, №9, maddə 688, № 10, maddə 776, 785, № 12, maddə 979, 993; 2010-cu il, № 2, maddə 80, №3, maddə 189; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 264 nömrəli Fərmanı) aşağıdakı əlavələr edilsin:
3.1. 2.8-ci bənddə "408-ci," sözündən sonra "421.3-cü," sözü əlavə edilsin;
3.2. 3.3-cü bənddə "155.1-155.3-cü," sözlərindən sonra "155.6-cı" sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli, 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 872; 2008-ci il, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009-cu il, № 2, maddələr 59, 73, 69, № 5, maddə 321, № 6, maddə 421; 2010-cu il, № 2, maddə 80, №3, maddələr 180, 184, 193; Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2010-cu il tarixli 279 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı əlavələr edilsin:
4.1. 2.1 və 2.2-ci bəndlərdə "155.1-155.3-cü," sözlərindən sonra "155.6-cı," sözü əlavə edilsin
4.2. 2.3-cü bənddə "155.2-ci," sözündən sonra "155.6-cı," sözü əlavə edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında