Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №11, maddə 704; 2003, №10, maddə 563; 2004, №12, maddə 1005; 2005, №2, maddə 69; 2008, №1, maddə 8) ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir.".
2. 2.5-ci bəndə aşağıdakı məzmunda yeddinci-doqquzuncu yarımbəndlər əlavə edilsin, yeddinci yarımbənd müvafiq olaraq onuncu yarımbənd hesab edilsin:
"reklam daşıyıcısının yerləşdirilməsi piyadaların hərəkətinə, gediş-gəlişinə mane olmamalı və onların rahat keçməsini məhdudlaşdırmamalıdır;
ərazinin estetik görünüşünə xələl gətirməməlidir;
reklam daşıyıcısı təsvirsiz qalmamalıdır;".
3. 2.6-cı bəndin ikinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
"reklam lövhəsinin yerləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;".
4. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
"Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, dövlət orqanlarının binalarının, məscid və ibadətgahların ərazilərində reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında