"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanını "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Üçüncü abzasdan "və 3-cü hissəsində" sözləri çıxarılsın.
2. Dördüncü abzas üzrə:
2.1. "27-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində, 7-ci, 10-cu, 11-ci, 12-ci və 16-cı hissələrində, 29-cu maddəsinin 3-cü hissəsində" sözləri "27-ci maddəsinin II hissəsinin 1-ci bəndində, VII, X, XI və XII hissələrində, XIII-I hissəsinin ikinci cümləsində (ikinci halda) və üçüncü cümləsində, XVI hissəsində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin II-I hissəsinin birinci cümləsində, III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;
2.2. "35-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında və 2-ci bəndində, 3-cü və 4-cü hissələrində" sözləri "33-cü maddəsinin III hissəsində (ikinci halda), 35-ci maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində və IV hissəsinin 3-cü bəndində" sözləri ilə əvəz edilsin.
3. On birinci abzasda "33-cü maddəsinin 3-cü və 6-cı hissələrində" sözləri "33-cü maddəsinin III hissəsində (birinci halda) və VI hissəsində" sözləri ilə əvəz edilsin.
4. İyirmi səkkizinci abzasa "həmin Qanunun" sözlərindən sonra "27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda)," sözləri əlavə edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında