Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.12-1-ci və 3.1.12-2-ci yarımbəndlər əlavə edilsin:
"3.1.12-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir;
3.1.12-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır;".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında