Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində işçilərin əməyini qiymətləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adı təsis edilsin.
2. "Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 312; 2000, № 4, maddə 268; 2005, № 3, maddə 165, № 7, maddələr 595, 603, № 11, maddə 1013; 2008, № 10, maddə 890; 2010, № 5, maddə 388)1-ci hissəsinin iyirminci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
"əməkdar tibb işçisi.".
3. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 300; 2001, №7, maddə 467; 2002, №6, maddə 341; 2003, №10, maddə 544; 2004, №2, maddə 61; 2005, №10, maddə 915; 2006, №2, maddə 81; 2010, № 5, maddə 388; 2011, № 2, maddə 85) 4-cü bəndinə aşağıdakı məzmunda iyirminci abzas əlavə edilsin:
"Əməkdar tibb işçisi" fəxri adı yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilir.".
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının döş nişanı və vəsiqəsinin hazırlanmasına olan tələbat, Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının döş nişanının təsviri və eskizi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında