"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1."Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2."Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı" təsdiq edilsin.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1.üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2.üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4.üç ay müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən inzibati ərazi vahidi ərazisində fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılması və yeniləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.5.üç ay müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən inzibati ərazi vahidi ərazisində yerləşən daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılması və yeniləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.6.üç ay müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən inzibati ərazi vahidi ərazisində yerləşən daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasının formalaşdırılması və yeniləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.7.iki ay müddətində yerli icra hakimiyyətlərinin fəaliyyətinin bu fərmanın 2-ci bəndi ilə təsdiq edilmiş "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"na uyğun olaraq təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin.
3.8.bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5."Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 345, № 9, maddə 542; 2001, № 7, maddə 456, № 9, maddə 593; 2002, № 7, maddə 412, № 8, maddə 480; 2003, № 6, maddə 290, № 10, maddə 585; 2004, № 1, maddə 19, № 7, maddə 537; 2005, № 2, maddə 69, № 7, maddə 597; 2006, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105; 2008, № 5, maddə 373, № 6, maddə 498, № 8, maddələr 715, 719; 2009, № 2, maddə 64; 2010, № 8, maddə 724; 2011, № 2, maddə 85; 2012, № 2, maddə 73) 1-ci və 2-ci hissələri ləğv edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyun 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında