Şriftin ölçüsü:
14.05.2012 09:37 | Oxunma sayı: 1300
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. iki ay müddətində, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş "Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası"nın yeni layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6. iki ay müddətində, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən diplomatik pasport verilən şəxslərin siyahısına dəyişikliklər edilməsi barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində:
3.1.1. "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanlar" dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti nəzərdə tutulur;
3.1.2. "Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqan" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.2. həmin Qanunun 8.1.3-cü maddəsində:
3.2.1. "Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı" dedikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.2.2. "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti nəzərdə tutulur;
3.3. həmin Qanunun 8.1.4-cü maddəsində:
3.3.1. "müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri" dedikdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri nəzərdə tutulur;
3.3.2. "Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları" dedikdə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;
3.4. həmin Qanunun 8.1.5-ci maddəsində:
3.4.1. "müvafiq icra hakimiyyəti orqanları" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
3.4.2. "müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri nəzərdə tutulur;
3.4.3. "müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri və Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan orqanlar nəzərdə tutulur;
3.5. həmin Qanunun 8.1.6-cı maddəsində:
3.5.1. "müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanların yanında, tabeliyində olan orqanların yerli bölmələri nəzərdə tutulur;
3.5.2. "müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri" dedikdə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur;
3.6. həmin Qanunun 11.1.3.6-cı və 11.1.4.7-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri" dedikdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri nəzərdə tutulur;
3.7. həmin Qanunun 11.1.3.7-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Bakı Şəhər İcra Hakimiyyəti nəzərdə tutulur;
3.8. həmin Qanunun 11.1.5.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
3.9. həmin Qanunun 11.1.6.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;
3.10. həmin Qanunun 11.1.6.4-cü və 11.1.7.3-cü maddələrində:
3.10.1. "müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri nəzərdə tutulur;
3.10.2 "müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri nəzərdə tutulur;
3.10.3. "müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanlar" dedikdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan orqanlar nəzərdə tutulur;
3.11. həmin Qanunun 11.1.7.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
3.12. həmin Qanunun 11.1.7.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələri" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri nəzərdə tutulur;
3.13. həmin Qanunun 11.1.8.1-ci maddəsində:
3.13.1. "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
3.13.2. "müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri nəzərdə tutulur;
3.13.3. "müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar nəzərdə tutulur;
3.13.4. "müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanlar" dedikdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan orqanlar nəzərdə tutulur;
3.13.5. "müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələri" dedikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri nəzərdə tutulur;
3.14. həmin Qanunun 11.1.8.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.