Əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. Aylıq sosial müavinətlərin məbləği 2011-ci il dekabrın 1-dən artırılaraq aşağıdakı kimi müəyyən edilsin:
1.1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 45 manat;
1.2. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 40 manat;
1.3. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:
1.3.1. Şəhid uşaqlarına - 15 manat;
1.3.2. müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 10 manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
3. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 90, № 12, maddə 1034; 2007, № 1, maddə 7, № 10, maddə 942; 2008, № 5, maddələr 373, 374, № 8, maddə 727; 2011-ci il, № 7, maddə 633) 3.2-ci bəndi, 3.2.5.2-ci və 3.2.5.3-cü yarımbəndləri və "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 324 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 772) 1.1.7-ci və 1.1.8-ci yarımbəndləri ləğv edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında