Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin birinci cümləsində və 6.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini, 7.0.8-ci, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci cümləsində və 12.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, 7.0.1-ci maddəsində, 19.1-ci maddəsinin birinci cümləsində və 19.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 17.3-cü maddəsinin birinci cümləsində, 18.1-ci, 18.4-cü və 18.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir;
1.2. həmin Qanunun:
1.2.1. 8.0.1-8.0.4-cü, 8.0.9-cu və 8.0.11-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanları;
1.2.2. 8.0.5-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları;
1.2.3. 8.0.6-cı maddəsində nəzərdə tutulmuş vəzifələri məişət zorakılığından zərər çəkmiş şəxsə (bundan sonra - zərər çəkmiş şəxs) hüquqi yardım göstərilməsi, onun dövlət yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə, ilkin tibbi və psixoloji yardımla təmin edilməsi, işlə təmin olunması, yeni peşələrə yiyələnməsi, habelə sosial müdafiəsi ilə bağlı tədbirlər görülməsi hissəsində və 8.0.14-cü maddəsində nəzərdə tutulmuş vəzifələri zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasının həyata keçirilməsi hissəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.2.4. 8.0.6-cı maddəsində nəzərdə tutulmuş vəzifələri zərər çəkmiş şəxsin ixtisaslaşdırılmış tibbi yardımla təmin edilməsi hissəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.2.5. 8.0.6-cı maddəsində nəzərdə tutulmuş vəzifələri zərər çəkmiş şəxsin təhsil alması üçün tədbirlər görülməsi hissəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.2.6. 8.0.7-ci və 8.0.8-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları;
1.2.7. 8.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;
1.2.8. 8.0.15-ci maddəsində nəzərdə tutulmuş vəzifələri bu Fərmanla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.3. həmin Qanunun 8.0.12-ci maddəsinə əsasən:
1.3.1. həmin Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələri məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı hallarının araşdırılması hissəsində, 14.0.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması zamanı konfidensiallığın təmin edilməsi hissəsində, 14.0.6-cı, 16.2.6-cı, 16.2.7-ci və 16.2.8-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanları;
1.3.2. həmin Qanunun 13.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və ilkin tibbi yardım göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi hissəsində, 14.0.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni zərər çəkmiş şəxslərə yardım göstərilməsi zamanı məlumatların konfidensiallığının təmin edilməsi hissəsində, 14.0.10-cu maddəsində nəzərdə tutulmuş vəzifələri məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasının həyata keçirilməsi hissəsində, 15.0.4-cü maddəsində nəzərdə tutulmuş vəzifəni zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına ilkin tibbi yardım göstərilməsi hissəsində, 14.0.4-cü, 15.0.1-ci, 15.0.3-cü, 15.0.5-ci, 15.0.6-cı və 15.0.8-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.3. həmin Qanunun 13.1.2-ci və 15.0.4-cü maddələrində nəzərdə tutulmuş vəzifələri zərər çəkmiş şəxslərə dövlət hesabına ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi hissəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.3.4. həmin Qanunun 13.1.3-cü, 16.2.1-ci, 16.2.2-ci, 16.2.3-cü, 16.2.4-cü, 16.2.5-ci və 16.2.9-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları;
1.3.5. həmin Qanunun 14.0.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı hallarında zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırma aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi hissəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları;
1.3.6. həmin Qanunun 14.0.5-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
1.3.7. həmin Qanunun 14.0.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması zamanı konfidensiallığın və məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığının təmin edilməsi hissələrində və 14.0.8-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;
1.3.8. həmin Qanunun 15.0.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.3.9. həmin Qanunun 15.0.7-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-1.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. Nəzərə alınsın ki:
2.1. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10-cu və 14.0.2-ci maddələrində nəzərdə tutulmuş məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət-prosessual və inzibati xətalara dair qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
2.2. həmin Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulmuş məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxıldıqda məişət zorakılığı hallarının araşdırılması, 14.0.1-ci maddəsində nəzərdə tutulmuş məişət zorakılığı ilə bağlı cinayət təqibi, 14.0.3-cü maddəsində nəzərdə tutulmuş məişət zorakılığı ilə bağlı müraciətlərin cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada araşdırılması zamanı zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırma aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi və 14.0.9-cu maddəsində nəzərdə tutulmuş məişət zorakılığı ilə bağlı müraciətlərin cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada araşdırılması zamanı məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
2.3. həmin Qanunun 14.0.7-ci maddəsində nəzərdə tutulmuş məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxslərin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikasının ailə və mülki prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
2.4. həmin Qanunun 8.0.14-cü və 14.0.10-cu maddələrində nəzərdə tutulmuş zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq həyata keçirilir.
3. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414) 2-ci hissəsinin üçüncü abzasında "və 322.2-ci" sözləri ", 322.2-ci və 355-1.1-ci" sözləri ilə əvəz edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2011-ci il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.