Şriftin ölçüsü:
28.10.2011 09:55 | Oxunma sayı: 964
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №6, maddə 409, №12, maddə 753; 2005, №3, maddə 160) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.2.1. Neft Fondunun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (Standard ənd Purz, Fiç) və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Bu yarımbənddə nəzərdə tutulmayan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə Neft Fondunun investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi riskinin minimuma endirilməsi (hecinq) şərtilə yerləşdirilə bilər. Valyutaların investisiya portfelində müvafiq xüsusi çəkiləri Neft Fondunun investisiya siyasəti ilə müəyyən edilir.".
2. 2.2.2-ci yarımbəndin ikinci cümləsində "bu Qaydaların 2.2.1-ci yarımbəndi" sözləri "Neft Fondunun investisiya siyasəti" sözləri ilə əvəz edilsin.
3. 3.1.3-cü yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində 5 ildən az olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.".
4. 3.2-ci bəndin birinci yarımbəndinin birinci abzasından "minimum" sözü çıxarılsın.
5. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
"3.3. Valyuta vəsaitinin yerləşdirilməsi (investisiya istiqamətləri)
Bu Qaydaların 2.1-ci (bu Qaydaların 3.3-cü bəndinin birinci yarımbəndinin səkkizinci abzası ilə müəyyən edilən hallar istisna olmaqla) və 3.4-cü bəndləri ilə ziddiyyət təşkil etməmək şərtilə Neft Fondunun investisiya portfelinə aşağıdakı aktivlər daxil ola bilər:
mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər;
investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların borc öhdəlikləri;
dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri;
beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər;
pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri (payları);
London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr;
daşınmaz əmlak;
investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri investisiya reytinqinə malik, lakin reytinqi "BB-" (Standard ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər. Bu halda Neft Fondunun valyuta vəsaiti üzrə hesablar açılan, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri investisiya reytinqinə (reytinqi "BB-" (Standart ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.".
6. 3.4.1-ci yarımbənddən ", o cümlədən qiymətli metalların və daşların, hər hansı daşınmaz əmlakın, malların" sözləri çıxarılsın.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.