Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafına yönəldilən dövlət vəsaitindən istifadənin səmərəsini artırmaq və onun verilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 775) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitallarının, bank olmayan kredit təşkilatlarının isə - onların nizamnamə kapitallarının 100 faizinədək ola bilər.";
1.2. 3.3-cü bənddə "limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək" sözləri "Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək" sözləri ilə əvəz edilsin;
1.3. 4.2-ci bəndin üçüncü cümləsindən "onlar üçün müəyyən edilmiş limit çərçivəsində" sözləri çıxarılsın;
1.4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:
5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;
5.1.2. 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;
5.1.3. 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər.";
1.5. 5.2-ci bənddə "kreditin maksimum həddi 5.000.000 manatdan" sözləri "kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan" sözləri ilə əvəz edilsin;
1.6. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
6.1.1. kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyük həcmli kreditlər üçün - 10 (on) ilədək."
1.7. 7-ci bənddə "2/3" rəqəmi "1/2" rəqəmi ilə əvəz edilsin;
1.8. 8.1-ci bəndin 2-ci abzasının üçüncü cümləsində "müvəkkil kredit təşkilatını imtiyazdan məhrum edə bilər" sözləri "müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında