Azərbaycan Respublikası və Serbiya Respublikası arasında 2011-ci il iyunun 8-də Belqrad şəhərində imzalanmış sənədlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və Serbiya Respublikası arasında 2011-ci il iyunun 8-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş;
1.2. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş;
1.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Elm və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş;
1.4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş;
1.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.7. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandum;
1.8. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
1.9. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının Mülki Aviasiya Müdiriyyəti arasında Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-1.9-cu bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası tərəfini xəbərdar etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında