Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra – Xidmət) işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Xidmət dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.
7. Müəyyən edilsin ki, Xidmətin İdarə Heyətinin üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl aşağıdakı əsaslarla xitam verilə bilər:
7.1. öz arzusu ilə;
7.2. Xidmət ləğv edildikdə və ya yenidən təşkil edildikdə;
7.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, icra orqanlarına, digər publik hüquqi şəxslərə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, habelə hakim təyin edildikləri halda həmin vəzifələrdən imtina etmədikdə;
7.4. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə;
7.5. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
7.6. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;
7.7. vəfat etdikdə, habelə məhkəmə onu xəbərsiz itkin düşmüş hesab etdikdə və ya ölmüş elan etdikdə;
7.8. özünün vəzifə funksiyalarını və ya vəzifə üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2018-ci il

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında