“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı

 “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

{nl}

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

{nl}

1.1.     qüvvədə olan qanunvericilik aktlarının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”,  “Dövlət satınalmaları haqqında”, “Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

{nl}

1.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

{nl}

1.3. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

{nl}

{nl}

İlham ƏLİYEV

{nl}

Azərbaycan Respublikasının Prezidenti

{nl}

Bakı şəhəri, 17 mart 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında