Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 
13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin   1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998,     № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384; 2017, №7, maddə 1373; 2018, № 3, maddə 409)  2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Yeddinci abzasdan “, alternativ və bərpa olunan enerji sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.
2. Səkkizinci abzasdan “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,” sözləri çıxarılsın.
3. On birinci abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini üçüncü abzasda qeyd edilən elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudlarında nəqlinə və paylanılmasına hüquq verən müqavilələrin (o cümlədən, alternativ və bərpa olunan enerji ilə əlaqədar müqavilələrin) bağlanmasına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir; elektrik və istilik enerjisi qiymətlərinin (tariflərinin) tənzimlənməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi birgə razılaşdırırlar, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası isə həyata keçirir;”. 
4. On ikinci abzasdan “, alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2018-ci il

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında