Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ni “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799) ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.2-ci yarımbənddən  “və Turizm” sözləri çıxarılsın.

2. 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.4-cü yarımbənd əlavə edilsin:

“3.1.4. fəaliyyət istiqamətləri üzrə (bu Əsasnamənin 3.1.1–3.1.3-cü yarımbəndlərində göstərilən sahələr istisna olmaqla) – Azərbaycan Respublikasının Gənclər Fondu.”.

3. 3.2-ci, 3.3-cü, 3.4-cü və 4.1.2-ci yarımbəndlərdə  “3.1.3” rəqəmləri “3.1.4” rəqəmləri ilə əvəz edilsin.

4. 4.2-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun” sözləri ilə, “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2018-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında