“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 72, № 12, maddə 1249; 2017, № 3, maddə 380, № 11, maddə 2001) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 5-ci hissəsindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında,” sözləri çıxarılsın və həmin hissəyə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında” sözlərindən sonra “,

Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 7-ci hissəsindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında,” sözləri çıxarılsın və həmin hissəyə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında,” sözlərindən sonra “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında,” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  7 may 2018-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında