Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin    2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 50; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1208; 2017,  № 1, maddə 50) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin üçüncü abzasında “7.3-cü” sözlərindən sonra “(üzümlüklərin salınması, üzüm əkini materiallarının yetişdirilməsi, habelə əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlərə əməl olunmasına, o cümlədən əkin materiallarının sort təmizliyinə,  sortluq və əkin keyfiyyətinə münasibətdə)” sözləri əlavə edilsin və həmin abzasda “,14.8-ci və 25.2-ci” sözləri “və 14.8-ci” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissənin doqquzuncu abzası ləğv edilsin və səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 7.3-cü maddəsində (fitosanitar vəziyyətinə münasibətdə), 22.1-ci və  27.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

2. Bu  Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 may  2018-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında