"Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 5.0.7-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
1.2. həmin Qanunun 5.0.2-ci (pambıqçılığın klasterlər əsasında inkişafının təmin edilməsi üzrə) və 5.0.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;
1.3. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini qanunvericiliklə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər.
2. "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 612) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
2.1. 2.3-cü bənddə "5.0.6-cı" sözlərindən sonra , "5.0.7-ci" sözləri əlavə edilsin;
2.2. 2.4-cü bənd 2.6-cı bənd hesab edilsin və fərmana aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:
"2.4. həmin Qanunun 5.0.2-ci (pambıqçılığın klasterlər əsasında inkişafının təmin edilməsi üzrə) və 5.0.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;
2.5. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini qanunvericiliklə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında