Amerikalı qonaq Milli Kitabxanada olmuşdur

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində fəaliyyət göstərən “İnternet arxivi” kitabxanasının müdiri Bryuster Keyl Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılamışdır.

Görüş  zamanı “İnternet arxivi” kitabxanası haqqında məlumat verən Bryuster Keyl kitabxananın internet səhifəsində təxminən 11 milyon kitab, 4 milyon səs yazısı və 3 milyon video olduğunu bildirmişdir. Qonaq həyata keçirdikləri rəqəmsallaşdırma layihəsi haqqında ətraflı məlumat vermiş, Fransa, İtaliya Milli kitabxanaları, Britaniya kitabxanası, Konqres kitabxanası və dünyanın bir sıra tanınmış kitabxanaları ilə kitabların rəqəmsallaşdırılması üzrə əməkdaşlıq etdiklərini bildirmişdir. 20 ildən çoxdur ki,  fəaliyyət göstərən kitabxanada gün ərzində təxminən 1000 ədəd kitabın rəqəmsallaşdırıldığını vurğulayan  direktor Azərbaycan Milli Kitabxanası ilə də əməkdaşlıq etmə barədə təklif irəli sürmüşdür.

Direktor Kərim Tahirov  ilk növbədə qonağa öz təşəkkürünü bildirmiş və təklif haqqında düşüncələrini, bu barədə qərarını daha sonra bildirəcəyini qeyd etmişdir. O, həmçinin Milli Kitabxanada da rəqəmsallaşdırma prosesinin aparıldığını, təxminən 30000 qramofon valının rəqəmsallaşdırılaraq CD disklərə köçürüldüyünü və kitabxananın serverində yerləşdirildiyini  vurğulamışdır. Direktor həmçinin Petruçi Musiqi kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat vermiş və dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruçi Musiqi Kitabxanası  (IMSLP) saytında yerləşdirildiyini bildirmişdir. Bu kimi əsərlərin dünyanın məşhur veb səhifələrində yerləşdirilməsinin mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğunu qeyd etmişdir.

Sonra qonaq Milli Kitabxananın  not nəşrləri və səsyazmaları şöbəsini və nadir kitablar və kitabxana muzeyi şöbəsini ziyarət etmiş və kitabxana haqqında müsbət fikirlərini bölüşmüşdür. O, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana ilə də tanış olmuş və bu layihənin çox kreativ və əhəmiyyətli bir layihə olduğunu vurğulamışdır.

Milli Kitabxananın direktoru, qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitablarını hədiyyə etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında