Azərbaycan və Özbəkistan modelyerləri əməkdaşlıq haqqında memorandum imzalayıblar

Martın 20-də “Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə keçiriləcək “Miss Union Fashion-2018” üçüncü beynəlxalq müsabiqəsində iştirak etmək üçün Özbəkistana gələn tanınmış Azərbaycan modelyeri, Əməkdar incəsənət xadimi “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova ilə paytaxtdakı “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun imzalanmasının əsas məqsədi dəb sənayesi sahəsində layihələrin həyata keçirilməsi, Özbəkistanın və Azərbaycanın yaradıcı şəxsiyyətləri arasında əməkdaşlığın möhkəmləndirilməsidir.

Sənəd Özbəkistanın Tətbiqi İncəsənət Muzeyində imzalanıb. Muzeyin direktoru Abbasjon Mirzaraximov bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir və dəb sənayesi sahəsində də əlaqələrin qurulması sevindiricidir.

Sonra o, Fəxriyyə Xələfovaya muzey haqqında kitablar təqdim edib.

Fəxriyyə Xələfova deyib ki, çoxdan Özbəkistana gəlmək, buradakı modelyerlərlə əlaqələr qurmaq haqqında düşünürdüm. Çox şadam ki, qonaqpərvər Özbəkistandayam və bundan sonra bu ölkənin modelyerləri ilə sıx əlaqədə olacağıq. O bildirib ki, son vaxtlar müxtəlif geyim modellərinin hazırlanmasında özbək parçalarından da istifadə edir. Fəxriyyə Xələfova özbək parçasından hazırladığı qadın geyimini Gülnara Muxammedovaya təqdim edib.

Gülnara Muxammedova gördükləri işlər haqqında məlumat verib, Azərbaycan modelyeri ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib.     

Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında