Arif Əzizin "Maestro &Masters” sərgisi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, ADMİU-nun "Dizayn və dekorativ-tətbiqi sənət" kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin "Maestro & Masters" sərgisi keçirilib. Arif Əzizin 75-illik yubileyinə həsr olunmuş sərgi universitetin tarixində ilk dəfə olaraq "müəllim-tələbə" formatında təşkil olunub.

40 ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor, moda sahələrini əhatə etməklə, ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks edir. Rəssamın yaradıcılıq fəaliyyətinin əvəzedilməz məqamını onun pedaqoji aspekti təşkil edir. Yarım əsrə yaxındır ki, bu fəaliyyət ADMİU-da davam edir, gənc rəssam və sənətkarları zənginləşdirir.

Sərginin lahiyəsi məhz bu kontekstdə, Ustad, onun yolu və onun tələbələri, müəllimin verdiyi ilkin bədii impulslar və onların tələbələrin işlərində özünəməxsus tərzdə inkişafı və ifadəsi kimi kurator Afət Aslanova tərfindən izah edilir. Sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən 10 əsər nümayış olunur. Rəssama xas mürəkkəb ritmik həll, yaxıların incə oyunu, fərqli ornamental motivlər, pastoz ağ kolorit kimi tanınan amillər əsərlərdə öz əksini tapmışdır. ADMİU-nun "Rəssamlıq" fakultəsinin müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələrinin işlərində akademik tərzlə bərabər fərdi yanaşma, kompozisiyada məkanın və formaların haçalanmasında, həndəsi parçalara bölünməsində, rəng və ritm ilə manipulyasiyalarda sərbəst bədii düşüncə, Maestronun bədii təkanları hiss olunur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında