Suraxanıda Xalq artisti Həsən Turabovun yubiley tədbiri

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin aparıcısı Tərlan Akcay sənətkarın çoxsaylı  tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışmışdır.

Sonra HəsənTurabovun həyat və yaradıclığından bəhs edən videogörüntü nümayiş olunmuşdur.

Tədbirdə Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artisti Hacı İsmayılov, Xalq artisti, kinorejissor  Eldar Quliyev, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, kinorejissor  Əbdül Mahmudov  çıxış edərək Həsənağa Turabovun teatrda, milli kinomuzda yaratdığı rəngarəng, dolğun obrazlardan, pedaqoji fəaliyyətindən danışmışlar.

Daha sonra sənətkarın cəkildiyi  "Dərviş Parisi partladır" və "Dantenin yubileyi" filmlərindən fraqmentlər göstərilmişdir.

Sonda sənətkarın ailəsi adından çıxış edən qızı Sevinc Turabova tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında