Novruz bayramı xarici mediada

Azərbaycan xalqını fərqləndirən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır.

Respubilkamız  özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verir. Min illər boyu formalaşan adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vurğulamışdır ki, milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir.

Zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Müxtəlif növ şirniyyatlar, boyanmış yumurtalar süfrələrimizi bəzəyir.

 Bu bayramın möhtəşəmliyi barədə Bolqarıstanın “Cross” nəşri və “Fokus” xəbər agentliyi yazıb. Məqalələrdə Novruz bayramının tarixi, adət-ənənələri, dörd çərşənbəsi barədə söhbət açılır. Yazılarda 2009-cu ildə Novruz bayramının YUNESCO-nun irs siyahısına daxil edilməsi və 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” kimi qeyd olunması haqqında bəhs olunub. Həmçinin bildirilib ki, martın 16-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiyanın Mərkəzi Hərbi Klubunda bayramla əlaqədar tədbir baş tutacaq. Tədbirdə Azərbaycan və bolqar musiqiçilərindən ibarət geniş konsert keçiriləcək. Novruz bayramı ilə əlaqədar baş tutan tədbirdə Azərbaycan mətbəxinin ləziz təamları da iştirakçılara təqdim olunacaq.

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında