Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illik yubleyi  ilə bağlı  tədbir keçirilib. Əvvəlcə  milli teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən vodeoçarx  nümayiş olunub.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov  milli teatrın keçdiyi tarixi  yol haqqında ətraflı məlumat verib.  O,bildirib ki,  bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur. Milli Teatr günü münasibətilə silsilə tədbirlərin keçirildiyini söyləyən M. Həmidov ölkəmizdə sənət adamlarına, teatr xadimlərinə göstərilən diqqət və qayğıdan söz açıb. Vurğulanıb ki, Milli Teatr Günü ərəfəsində Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə teatrın əməkdaşı Zemfira Bağırzadə Əməkdar mədəniyyət işçisi fəxri adı, aktrisa Günel Məmmədova Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı, Əməkdar artist Nübar Novruzova isə Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib.

Sonra Xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova, Vaqif Əsədov çıxış edərək əlamətdar gün münasibətilə bütün teatrsevərləri təbrik edib.

Tədbir teatrın aktyorlarının ifasında konsert proqramı ilə davam edib.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında