“Zaman və teatr” elmi-praktik konfransı

Azərbaycan Teatr Xadimləri İttifaqında “Zaman və teatr” adlı elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 145-ci ildönümü çərçivəsində baş tutub. Tədbirdə ölkəmizin tanınmış mədəniyyət və teatr xadimləri iştirak ediblər. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət konfransın əhəmiyyətindən söz açıb. Xalq artisti milli teatrımızın keçdiyi inkişaf yolundan danışıb və bildirib ki, bu məktəb vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb. Bu gün Azərbaycanda mədəniyyət sahəsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Teatr binaları əsaslı təmir olunur və müasir avadanlıqlarla təmin edilir. Ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur.

Tədbirdə vurğulanıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi buna bariz nümunədir.

Daha sonra Əməkdar incəsənət xadimləri İlham Rəhimli “Milli Teatr və müstəqillik yolu”, Məryəm Əlizadə “Səhnəqrafiya: Tarixdən bu günə”, Rafiq Sadıxov “Azərbaycanda rejissuranın inkişaf mərhələləri”, sənətşünaslar Aida Qafarova “Teatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu” və Ceyran Mahmudova “Teatr və musiqi” adlı məruzələrlə çıxış ediblər.

Sonda Azərbaycan teatr sahəsində fəaliyyətlərinə görə bir qrup sənət adamı mükafata layiq görülüb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında